Elxan Məmmədov istefası barədə:“Bilsəm ki, mənim gedişimlə düzələcək, özüm gedərəm” - VİDEO

Əgər rəhbərlik istəsə və düşünülsə ki, mən getsəm, hər şey düzələcək, onda mən özüm də istefaya gedərəm”.

Bu sözləri Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov Azərbaycan Radiosu və İdman TV-nin ortaq yayımında – “Extra Time” verilişində deyib.

E.Məmmədov qeyd edib ki, AFFA rəhbərliyinin bugünkü fəaliyyəti bəzi insanları qane etmir: “Çünki biz onların çirkin işlərinə mane oluruq. Ona görə milli komanda uduzan kimi bu kampaniyalar başlayır”.

Baş katib AFFA prezidenti vəzifəsinə keçiriləcək seçkilərdə bu post uğrunda mübarizə aparmayacağını da açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İşdən çıxanda demişdim ki, bura ancaq Baş Prokuror kimi qayıdacağam” –

Sonrakı məqalə

Ermənistan gecə cəbhədə atəşkəsi pozub