Əməkdar artist Yadigar Muradov vəfat edib

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.

O, ötən gecə xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Əməkdar artist bur müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Əməkdar artist Yadigar Muradovla vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.

Bu barədə APA-ya mərhumun oğlu Yaşar Muradov məlumat verib.

O bildirib ki, Yadigar Muradovla vida mərasimi bu gün saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacaq.

Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.

Yadigar Muradov 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunan Yadigar Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktorudur. 2024-cü ilin yanvar ayında oqranizmində xərçəng xəstəliyi aşkarlanıb.

Ailəli idi, 3 oğlu var.

21 dekabr 2018-ci il tarixində “Tərəqqi” medalı ilə təltif edilib. 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.