Embawood şirkəti Bakıda baş vermiş dəhşətli qəza ilə bağlı “reklam” paylaşıb?- FOTO

embawood
embawood

Sosial şəbəkələrdə Embawood şirkəti tərəfindən paylaşılmış “reklam” postu birmənalı qarşılanmayıb. AzPost xəbər verir ki, şirkətin səhifəsində bu gün baş vermiş dəhşətli qəza ilə bağlı “reklam”postu paylaşılıb. Belə ki, körpüdən aşan maşının imitasiyası düzəldilib və üzərində şirkətin loqosu olan yük maşını əks olunduğu idda edilir.

Maşının üzərində isə “Belə sürətlə, həm təhlükəsiz – sifarişiniz ən qısa zamanda qapınızda” sözləri yazılıb.

Sosial şəbəkələrdə tənqidlərdən sonra post səhifədən silindiyi bildirilir.

Xatırladaq ki, Nizami rayonu Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, ilkin məlumata görə, sürücülərdən biri idarəetməni itirərək hərəkətdə olan zaman 99-JN-288 qeydiyyat nişanlı “Ford” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində dövlət “BYD” markalı avtomobilin sürücüsü Nəcəfov Anar Şahmar oğlu yüngül bədən xəsarətləri alıb. Hadisə nəticəsində hər iki avtomobilə ciddi maddi ziyan dəyib.

Xoşbəxtlikdən qəza zamanı ölüm faktı qeydə alınmayıb.

Hazırda hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılır. Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.