Azərbaycanda mebel istehsalı ilə məşğul olan “Embawood” MMC yeni Marketinq meneceri axtarır. İqtisadiyyat.az xəbər verir ki, şirkət bununla bağlı bu gün vakansiya elan edib.
Vakansiya üzrə işləyəcək şəxsin tələb olunan əsas bacarıqları arasında şirkətin PR və reklam siyasətini, eləcə də reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarını hazırlaya bilməsi mövcuddur.
Şirkətin bu vakansiya üzrə qoyduğu əsas tələblərə gəlincə isə, əməkdaşın müvafiq sahə üzrə ali təhsilli olması, müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsinə malik olması, rus və ingilis dilini bilməsi, yaradıcı, məsuliyyətli, kreativ olması əsas şərtlərdəndir.