Emin Leyla Əliyeva ilə ayrılmağından danışdı:

“Atam biləndə dedi ki, axmaqsan”
20 İyul 2021 - 11:59

Hamı, o cümlədən valideynlərim də boşanmağımız KİV-dən öyrəndi. Mən heç atama da demədim. Başa düşürdüm ki, ona bu xəbəri desəm yaxşı heç nə deməyəcək. Atama ayrıldığımızı deyəndə “axmaqsan” dedi.

Azpost.info bildirir ki, bunu “Krokus”şirkətlər qrupunun sahibi, məşhur ifaçı Emin Ağalarov Kseniya Sobçaka müsahibəsində deyib. O, qeyd edib ki, hazırda Leyla Əliyeva ilə münasibətləri yaxşıdır: “Biz indi hər həftə bir-birimizi görürük. Leyla ilə çox isti və gözəl münasibətlərimiz var. 15 illik belə ittifaq sayəsində bacı qardaş kimi olmuşuq. Müntəzəm olaraq zəngələşirik, uşaqlarımızı, şəxsi, şəxsi olmayan məsələləri müzakirə edirik. Aramızda heç bir inciklik olmayıb. Biz ilk gündən qarşılıqlı hörməti, isti və xoş təması yaratmışdıq. Ümid edirəm ki, bunu bütün həyatımız boyu daşıyacağıq. Uşaqlarımız bundan yalnız qazanıblar. Bizim bu gün Leyla ilə olan münasibətlərimiz heç vaxt olmadığından əladır”.

E.Ağalarov deyib ki, həmişə prezident tərəfdən tam dəstək hiss edib: “İndi də elədir. Fəxr edə bilərəm  – cənab prezident bir neçə il əvvəl mənə Azərbaycanın Xalq artisti adını verib. Bu, onun şəxsən imzaladığı yüksək mükafatdır və buna görə ona minnətdaram”.