“Emirates” rekord mənfəət əldə edib

Emirates
Emirates

Dubay mərkəzli “Emirates Group” hava yolu şirkətinin illik vergi öncəsi mənfəətinin ötən ilə nisbətən 18 faiz artaraq 6,2 milyard ABŞ dollara çatıb.

Valyuta.az xəbər verir ki, şirkət bunun rekord göstərici olduğunu bəyan edib.

AFP agentliyinin məlumatına görə, “Emirates Group”un İdarə Heyətinin sədri şeyx Əhməd bin Səid Əl Məktum verdiyi açıqlamada bildirib:

“2024-2025-ci il üçün “Emirates Group” mənfəət, gəlir və nağd aktivlər baxımından yeni rekordlar qıraraq planladığımız səviyyədən daha yüksək nəticələrə nail olub”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.