“Əqrəb mövsümü” serialının II hissəsinin çəkilişləri gedir

İctimai televiziyada yayımlanan və səs-küy yaradan “Əqrəb mövsümü” serialının ikinci hissəsinin çəkilişləri davam edir.

Filmin rejissoru Emil Quliyev serialın ikinci hissəsinin çəkilməsinin planda olmadığını söyləyib.

“Film tamaşaçılar tərəfindən bəyənildiyinə görə İctimai TV-nin rəhbərliyi ikinci hissənin çəkilməsi üçün sifariş verdi. Beləliklə, Azər Aydəmir ssenarini yazdı. Ancaq bu dəfə ssenari əvvəlkindən fərqli olaraq kitabın motivləri əsasında deyil, real hadisələr əsasında yazılıb”,- deyə rejissor bildirib.

“Əqrəb mövsümü” serialının çəkilişləri beş ay davam edən hazırlıqlardan sonra baş tutub. Hazırda çəkilişlər gedir və son çəkiliş planı 2024-cü il yanvarın 23-dək davam edəcək.

Rejissor deyib ki, 12 bölümlük serialın 2024-cü ilin payız aylarında efirə verilməsi planlaşdırılır(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.