Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Equinor” Azərbaycandakı aktivlərinin satışından 713 milyon dollar qazanıb

Orkhan Ali 20 Mart 2025 - 20:00 (Last updated: 21 May 2025 - 20:15)
3d2c500153c90673d370f6f4d7593658_Untitled-1
Norveçin “Equinor” neft-qaz şirkəti Azərbaycandakı neft-qaz aktivlərindəki səhmlərinin satışından 713 milyon ABŞ dolları əldə edib.
“Report” şirkətin hesabatına istinadən xəbər verir ki, 2024-cü il noyabrın 29-da “Equinor” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Hindistanın “ONGC Videsh Limited” (ONGC) şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 7,27 % qeyri-operator payının və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini idarə edən “BTC Co” şirkətindəki 8,71 %-lik payının satışı üzrə sövdələşməni başa çatdırıb.
“Sövdələşmənin ümumi məbləği pul ifadəsində 713 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilin dördüncü rübündə “E&P International” seqmentində (neft kəşfiyyatı və hasilatı) 84 milyon ABŞ dolları dəyərində zərər qeydə alınıb. Daha əvvəl, 2023-cü ilin dördüncü rübündə isə aktivlərin satış məqsədli olması kimi təsnifləşdirilməsi ilə əlaqədar olaraq şirkət 331 milyon ABŞ dolları dəyərsizləşmə ilə üzləşdiyini etiraf edib”, – hesabatda deyilir.
Xatırladaq ki, ilkin olaraq şirkətin Azərbaycandakı aktivlərinin satışından 745 milyon ABŞ dolları əldə edəcəyi bildirilirdi.
“Azəri”, “Çıraq” və “Günəşli” dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Onun müddəti 2024-cü ildə başa çatıb və 2017-ci ilin sentyabrında 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.
Layihədə tərəflərin payı hazırda aşağıdakı kimidir: “BP plc” – 30,37 %, SOCAR – 31,655 %, MOL – 9,57 %, “ExxonMobil” – 6,79 %, “ONGC Videsh” – 2,925 %, “Inpex Corp.” – 9,31 % və “ITOCHU Oil” – 3,65 %, TPAO – 5,73 %.
“BTC Co” boru kəməri şirkətinin səhmdarları isə bunlardır: “BP plc” (30,1 %), SOCAR (32,96 %), MOL (8,9 %), TPAO (6,53 %), “Eni” və “TotalEnergies” (hər biri 5 %), “Itochu” (3,4 %), “ExxonMobil” və “Inpex” (hər biri 2,5 %), “ONGC1 Videsh” (3,11 %).

Post navigation

Previous: İcra Hakimiyyəti başçısının sabiq müavini vəfat edib
Next: “YouTube”un işində problem yaranıb

Oxşar xəbərlər

ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26
qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32

xƏBƏR

pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İranın sonuncu şahının oğlu Rza Pəhləvi “Azadlıq” mükafatına layiq görülüb. Mükafatın əslində “İran xalqı”na verildiyi bildirilir. Bu...
Read more about Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.