Arxeoloqlar 40 ildən sonra eramızdan əvvəl 15-ci əsrdə Anadolu sahillərində batmış Finikiya ticarət gəmisindən tapılmış qalayın mənşəyini tapa biliblər.
AzPost bildirir ki, bu barədə Vaşinqton Universitetinin yaydığı məlumatda bildirilir.
“Uluburun gəmisi” adı ilə tanınan ticarət gəmisi 1982-ci ildə tapılıb. Bu ticarət gəmisinin tapılması ilə dəniz ticarəti tarxini öyrənən mütəxəssilər üçün əsl irəliləyiş sayılır. 15 metr uzunluğunda olan gəmi 20 ton yuk daşıma gücü olub.
Vaşinqton Universitetinin alimi Maykl Fraçetti və həmkarları gəminin daşıdığı qalayın haradan gətirildiyini aydınlaşdırmağa çalışıblar. Bunun üçün onlar qalayın izotop tərkibini analiz ediblər. Hər metalın yatağı müxtəlif izotoplardan ibarət olur, bunun sayəsində filizin harda çıxarılmasını öyrənmək mümkündür.
“Son onilliklərdə alimlər bütün dünya üzrə qalay yataqlarının izotop tərkibi barədə məlumatları yığıblar. Məlum olub ki, qalayın üçdə ikisi müasir Türkiyə ərazisində olan Kestel şaxtasından, üçdə biri isə Özbəkistanın Muşiston mədənindən çıxarılıb. Bu isə eramızdan əvvəl 15-ci əsrdə min kilometrləri əhatə edən ticarət şəbəkəsinin mövcudluğundan xəbər verir”-deyə açıqlamada vurğulanır.
Qalay axtarışı tarixəqədərki dövlətlər üçün böyük problem sayılırdı. Mütəxəssisləri həmişə düşündürürdü ki, qalayın nadir tapıldığı vaxtda tunc dövrünün böyük imperiyaları özlərinin bürüncə olan nəhəng ehtiyaclarını necə ödəyirmişlər. İndi onların cavabı var. Xammalı uzaqlardan gətirirmişlər.
Qalay bürüncün əsas komponentlərindən olub. 1500-cü illərə qədər bürünc misdən çox möhkəm hesab olunurdu. Ondan məişət əşyaları, silah və müdafiə qurğuları düzəldirdilər.
“Uluburun gəmisi” də 11 ton bürünc əritmək üçün kifayət qədər mis daşıyıb.