“Ərazi iddialarına son verən təhlükəsizlik arxitekturası inşa etmək istəyirik” –HİKMƏT HACIYEV

Sülh və regional təhlükəsizlik Brüsseldə, Parisdə, Vaşinqtonda və ya hansısa başqa yerdə deyil, regiondadır.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

Biz ədalətə, bir-birinin ərazi bütövlü və suverenliyini tanımağa, bütün ərazi iddialarına son verməyə əsaslanan yeni regional təhlükəsizlik arxitekturası inşa etmək istəyirik”, – Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi vurğulayıb ki, Avropa parlamentinin bəzi üzvləri “dondurulnuş münaqişə” dövründə Azərbaycana qarşı Azərbaycanafobiya və ya islamafobiya nümayiş etdirib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.