Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin ikitərəfli münasibətlərə müsbət təsir edəcəyinə ümid etdiyini bildirib.
Azpost.info xəbər verir ki, o, bu barədə ABŞ prezidentliyinə namizəd Donald Trampla telefon danışığında bildirib.
“Prezident Ərdoğan noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin Amerika xalqına fayda verəcəyinə və Türkiyə-ABŞ münasibətlərinə müsbət təsir edəcəyinə ümid etdiyini bildirib”, – Türkiyə Prezident Administrasiyasının açıqlamasında deyilir.
Eyni zamanda Ərdoğan Trampa qarşı sui-qəsd cəhdini pisləyib və ona tezliklə sağalmasını arzulayıb.
Azpost.info