Ərdoğan və Makron görüşdü –Bakı və İrəvan arasında sülh sazişini müzakirə ediblər

Fransa prezidenti Emmanuel Makron Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Ərdoğanla görüşüb.

Azpost.info bildirir ki, bu barədə Fransa prezident aparatının mətbuat xidməti məlumat yayıb.

Dövlət başçıları Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə edib.

“Fransa prezidenti regionda yeni səhifə aça biləcək sülh sazişinin tezliklə əldə edilməsi məqsədi ilə Ermənistan və Azərbaycan arasında davam edən dialoqu dəstəklədiyini bir daha təsdiqləyib”, – deyə məlumatda bildirilir.

Türkiyə tərəfinin bildirdiyinə görə, NATO sammiti çərçivəsində Makron və Ərdoğan ikitərəfli münasibətləri, Ukrayna və Rusiya arasında müharibənin gedişatını, İsrailin Fələstinə hücumlarını, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Qeyd olunur ki, Ərdoğan Türkiyənin Avropa İttifaqına daxil olması prosesinin intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.