Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna lideri Vladimir Zelenski arasında telefon söhbəti olub.
Azpost.info xəbər verir ki, liderlər Ukrayna və Yaxın Şərqdəki münaqişələri müzakirə ediblər.
Bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
“Prezidentlər Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, İsrail-Fələstin münaqişəsi və regiondakı humanitar böhranı da müzakirə ediblər”, – məlumatda deyilir.
Söhbət zamanı Ərdoğan Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu və Türkiyənin bu istiqamətdə səylərini davam etdirəcəyini deyib.
Azpost.info