“Eriksenin karyerası təhlükə altındadır” –Keçmiş həkimi

Danimarka millinin yarımmüdafiəçisi Kristian Eriksen bir daha futbol oynamaya bilər.

Apasport.az saytının məlumatına görə, bunu “İnter”in futbolçusunun keçmiş kardioloqu Sanjey Şarma deyib.

Şarma Finlandiya ilə matçda huşunu itirən ulduz futbolçunun səhhətində indiyə qədər heç bir problem yaşanmadığını söyləyib: “Bu hadisədən sonra Eriksenin karyerası təhlükədədir. Yenidən oynayarsa, ciddi problemlə üzləşə bilər. Halbuki indiyə qədər onun səhhəti tam qaydasında olub. 2013-cü ildən testlərini müntəzəm götürürdük, ürəyində problem yox idi. 2019-cu ilə qədər testlərinin nəticəsi mükəmməl çıxırdı. Sonradan hansısa probleminin yaranıb-yaranmadığını bilmirəm”.

Qeyd edək ki, Danimarka – Finlandiya görüşü ikincilərin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kürdə batan 2 yeniyetmənin meyiti sudan çıxarılıb

Sonrakı məqalə

Bakıda “Range-Rover”lə 4 nəfəri öldürən kürəkən həbs edilib