Erməni təxribatı nəticəsində 93 mülki vətəndaş həlak olub-

410-u xəsarət alıb
30 Noyabr 2020 - 15:36

Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində Azərbaycanın ölən və yaralanan mülki əhalisinin sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 93 mülki şəxs həlak olub, 410 nəfər yaralanıb.

Halak olanlardan 5-i, yarananlardan isə 4-ü minaya düşüb.