Ermənistan rəhbərliyinin quruma üzvlük haqqı ödəməkdən imtinası nəzərə alınmaqla KTMT büdcəsinə düzəliş edilməlidir.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Rusiya XİN xatırladıb ki, buna baxmayaraq, İrəvan təşkilatın nizamnaməsinə uyğun olaraq maliyyə töhfələri üzrə öhdəliklərini özündə saxlayır.
“Təbii ki, Ermənistan rəhbərliyinin ödənişdən imtina etməsini nəzərə alaraq, KTMT-nin cari il üçün büdcəsinə düzəlişlər etmək lazımdır. İstənilən halda, biz İrəvanın təşkilatın nizamnaməsinə və KTMT-yə üzv dövlətlərin rəhbərləri tərəfindən təsdiq edilmiş digər sənədlərə uyğun olaraq maliyyə tələblərini yerinə yetirmək öhdəliyini özündə saxlamasından çıxış edirik”, – məlumatda deyilir.
Azpost.info