Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Ermənistan Laçın yolunda sərhəd -buraxılış məntəqəsi qurur –

User 23 Aprel 2023 - 11:55 (Last updated: 21 May 2025 - 20:15)
mudafiə

Aprelin 22-si saat 20:00 radələrində Ermənistana məxsus hər birinin üzərində bir ədəd yaşayış konteyneri olmaqla 2 ədəd yedəkçi KamAZ, 1 ədəd avtokran KamAZ, 1 ədəd UAZ-3151 və 1 ədəd UAZ-Patriot markalı nəqliyyat vasitələrinin kolonda hərəkəti Laçın rayonu ərazisində yerləşən müşahidə kameralarımız tərəfindən qeydə alınıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, videogörüntülərdən aydın olur ki, Ermənistanın Kornidzor yaşayış məntəqəsi istiqamətindən hərəkət edən avtomobil kolonu əvvəlcə Azərbaycan-Ermənistan şərti sərhədinin Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən keçərək Azərbaycan ərazisinə daxil olur. Qeyd edək ki, hərbi təyinatlı yüklərin Ermənistandan Azərbaycan ərazisinə daxil olması Rusiya sülhməramlılarının şərait yaratması ilə həyata keçirilib.

Müşahidə nəticəsində o da məlum olub ki, avtomobillər sonradan geri qayıdaraq Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun üzərində dayandıqdan sonra avtokran vasitəsilə 2 ədəd yaşayış konteyneri əvvəlcədən hazırlanmış yerə boşaldılıb.
Aparılan müşahidə Ermənistan tərəfindən əvvəlcədən razılaşdırılmadan, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı birtərəfli qaydada pozaraq Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasını təsbit edir.

Post navigation

Previous: Sürücü qadın Ucarda “Mersedes”i aşırdı, ölən və yaralananlar var
Next: Azərbaycan Yüksəliş Partiyası Anar Əsədlinin həbsi ilə bağlı Bəyanat verib

Oxşar xəbərlər

islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51

xƏBƏR

Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh sazişinin dekabrda keçiriləcək G20 sammiti çərçivəsində imzalana biləcəyini...
Read more about Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.