Ermənistan Müdafiə Nazirliyi sərhəddə törətdiyi təxribatdakı itkilərini açıqladı

17 Noyabr 2021 - 10:56
Ermənistan Müdafiə Nazirliyi sərhəddə baş vermiş dünənki toqquşmalarda itkilərlə bağlı məlumat açıqlayıb.
Azpost.info bildirir ki, açıqlanan məlumata görə, Ermənistan ordusunun bir hərbi qulluqçusu həlak olub, 13 nəfər əsir düşüb. 24 hərbçinin taleyi naməlumdur.
Düşmən həmçinin iki döyüş postunun itirildiyini açıqlayıb.
Hazırda Rusiya sülhməramlıalrının iştirakı ilə əsirlərin taleyi və vəziyyətin aydınlaşdırılması üçün danışıqlar aparılır.