Ermənistan ordusunun əsgərləri qar uçqunu altında qalıblar

08 Fevral 2020 - 14:22

Ermənistan ordusunun əsgərləri qar uçqunu altında qalıblar.

Yanvarın 7-də saat 17:02 radələrində Zəngəzur vilayətində (Syunik) Ermənistan silahlı qüvvələrinin hərbi hissələrinin birində 4 nəfər müqaviləli əsgər qar uçqunu altında qalıblar. Axtarışlar zamanı onlardan üçünün meyiti tapılıb, biri isə müxtəlif bədən xəsarətləri alıb. Ölənlər sıravi əsgər Karapet Nazaryan, kiçik serjantlar Tiqran Arzumanyan və Nvre Çahbazyandır. Sağ qalan isə sıravi əsgər Hamlet Mirzoyandır(azərtac).