Seçkilərdə yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Azərbaycanda fevralın 9-a təyin edilmş parlament seçkilərində indiyə qədər 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün seçkilərə həsr olunmuş mətbuat konfransında deyib.

M.Pənahov əlavə edib ki, yerli müşahidəçilərin sayı 89 676 nəfərə çatıb.

MSK sədri deyib ki, beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir:

“Beynəlxalq müşahidəçilər həm say baxımından kifayət qədərdir, həm də çoğrafi baxımdan kifayət qədər əhatəlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan ordusunun əsgərləri qar uçqunu altında qalıblar

Sonrakı məqalə

Azərbaycanda seçicilərin sayı