Seçki gününə olan havaPROQNOZU

Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 0-3° isti, axşam 1° şaxta, Bakıda gecə və gündüz 0-2° isti, axşam 1° şaxta olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.

Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qarabağın azərbaycanlı icmasının bəyanatı BMT TŞ və Baş Assambleyanın sənədi kimi yayılıb

Sonrakı məqalə

Ermənistan ordusunun əsgərləri qar uçqunu altında qalıblar