“Hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsil məsələlərinə dəstək verir”.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Milli Məclisində (TBMM) gələn ilin büdcə müzakirələri zamanı bildirib. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə mina və PHS-lərin axtarışı və zərərsizləşdirilməsi istiqamətində müştərək fəaliyyət də davam etdirilir.
Akarın sözlərinə görə, Türkiyə Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verir, regionda sülhün təmin olunması üçün böyük səy göstərir. O, Azərbaycanın 30 ildir işğal altındakı torpaqlarını 44 gün davam edən “Tək Vətən Hərəkatı” ilə azad etdiyini, bu müddət ərzində Türkiyənin haqlı mübarizəsində Azərbaycanın yanında olduğunu xatırladıb: ““Tək Vətən Hərəkatı”ndan sonra imzalanan atəşkəs çərçivəsində yaradılan Birgə Mərkəzdə Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və rus hərbçiləri xidmət aparır, sabitlik və atəşkəsin davamlı olması üçün səy göstərir”, – türkiyəli nazir vurğulayıb.