“Ermənistan və Azərbaycan arasında atəşkəsə əməl olunur” –

Trampdan açıqlama
26 Oktyabr 2020 - 22:18

ABŞ prezidenti Tramp Dağlıq Qarabağdakı atəşkəs rejimi ilə bağlı danışıb.

Azpost.info bildirir ki, Tramp bu barədə Pensivaniyada seçicilərlə görüşdə suala cavabında bildirib.

“Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşmasına əməl olunur” –deyə Tramp vurğulayıb.

Xatırladaq ki, 26 oktyabr saat 08.00-dan humanitar atəşkəs haqqında razılaşma qüvvəyə minib. Lakin elə ilk dəqiqələrdən Ermənistan Tərtəri atəşə tutumaqla bu atəşkəsi pozub.