Ermənistanda 18 yaşdan 55 yaşa qədər olan kişilərə ölkəni tərk etmək qadağan olunub.
Azpost.info bildirir ki, bu barədə Sputnik-Armeniya-ya mülki aviasiya Komitəsindən məlumat verilib.
Ermənistanda 18-55 yaşlı kişilər yalnız ərazi hərbi komissiarlığının yazılı icazəsi ilə ölkə hüdudlarını tərk edə bilərlər.
“Hökumətin qərarı ilə 27 sentyabrdan 55 yaşa qədər olan kişilər üçün çağırış elan olunub. Kişilər yalnız xüsusi razılıq əsasında ölkəni tərk edə bilərlər”-deyə Komitədən bildirilib.