Ermənistanın sabiq müdafiə naziri Rusiyaya səfir təyin olunacaq

30 Noyabr 2021 - 16:58
Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan yaxın günlərdə Ermənistanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunacaq.

 

Bu barədə Ermənistanın “Qraparak” nəşri yazıb.

Qeyd olunub ki, bu günlərdə onun aqremanı öz təsdiqini tapıb.

Xatırladaq ki, Arutyunyan müharibədən sonra Ermənistan müdafiə naziri təyin edilib və bu il iyulun 20-də keçirilən növbədənkənar parlament seçkilərindən sonra vəzifəsindən azad edilib.