“Ermənistanla Rusiya yeni və dərin dialoqa ehtiyac duyur”- Arxiyepiskop Baqrat

Ermənistanla Rusiya arasında münasibətlərdə böhran var, ölkələr mövcud razılaşmalar əsasında yeni və dərin dialoqa ehtiyac duyurlar.

Azpost.info xəbər verir ki, bunu Ermənistanın “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat xarici media ilə keçirdiyi mətbuat konfransında deyib.

“Ermənistanın Rusiya ilə müqavilə-hüquqi əlaqələri var. Baxmayaraq ki, bu gün bu münasibətlər, yaxşı vəziyyətdə deyil və əhəmiyyətli dərəcədə zədələnib. Münasibətlərimiz son dərəcə dərin dialoqa və qarşılıqlı anlaşmaya ehtiyac duyur. Biz bütün bu məsələləri qarşılıqlı anlaşma və dialoq səviyyəsində həll etməyə hazır olmalıyıq”, – Baqrat deyib.

Arxiyepiskopun sözlərinə görə, Ermənistanın hər şeydə erməni maraqlarını nəzərə almalıdır.

Azpost.info

 

Əvvəlki məqalə

“Nar” satış və xidmət şəbəkəsi Ağstafa şəhərində –

Sonrakı məqalə

5 ay ərzində ölkəyə neft və qazdan 2 milyard 861 milyon dollar gəlir gəlib