Erməni əsirlərin ilk qrupu bu gün Azərbaycandan Ermənistana göndəriləcək

Erməni əsirlərin ilk qrupu bu gün Ermənistana göndəriləcək.

Bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorkyan bildirib. Gevorkyan “Facebook” səhifəsində qeyd edib ki, erməni əsirlərin ilk qrupunu gözləyirlər.

O, digər detallar barədə açıqlama verməyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari il dekabrın 14-dən əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb.

Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Demişdim ki, atamı azad edə biləcək yeganə şəxs Ali baş Komandanımızdır” –

Sonrakı məqalə

“Arazı ayırdılar, hətta qopardılar” –