Erməni diversant qrupu Zəngilan istiqamətində sərhədi yarmağa cəhd edib

əsgər
əsgər

May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır.

DSX-dan verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçmışlar.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

 

**

Bir qrup erməni diversantı Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib.

Erməni diversantlarının cəhdinin qarşısı alınıb.

Ordumuz tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib və iki diversant saxlanılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.