Erməni ordusunun Cəbrayılda atıb qaçdığı iki “Qrad” tapıldı –-FOTO

Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi aşkar edilib.
Azpost.info bildirir ki, bu barədə Caliber.az-a hərbi dairələrdəki mənbələrdən məlumat verilib.
Qurğular mərmiləri ilə birlikdə, atəşə hazır vəziyyətdə tapılıb. Döyüş meydanında düşmən tərəfindən tərk edilən silah çox yaxşı vəziyyətdə qalıb. Çaxnaşma içində geri çəkilən Ermənistan ordusu “Bayraqdar”ın hədəfinə çevrilməmək üçün döyüş əməliyyatları zamanı onları ərazidən çıxartmağa cəsarət etməyib və gizlətməyə çalışıb.
“Qrad”ın yerləşdiyi ərazinin ətrafı minalanıb. Kiçik təmirdən sonra “Qrad”lar Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda bu il nə qədər adam evlənib?

Sonrakı məqalə

Son sutkada 445 nəfər COVID-19-dan sağalıb-