Erməni yaraqlıları məhkəmədə Azərbaycan xalqından üzr istəyib

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Müdafiəçilər çıxışlarında məhkəmə iclaslarının qanunun tələblərinə uyğun aparıldığına görə təşəkkür ediblər.

Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər.

Erməni yaraqlıları son sözlərində məhkəməyə və istintaqda iştirak edən əməkdaşlara təşəkkür ediblər: “Məhkəmə davam edən müddətdə bizimlə çox yaxşı davrandılar. Azərbaycan Prezidentindən, Azərbaycan xalqından və məhkəmədən üzr istəyirik. Yalvararaq bizi bağışlamağınızı xahiş edirik”.

Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə gedib. (APA)

Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

2021-ci ilin altı ayı uğurlu, yoxsa uğursuz olub? –

Sonrakı məqalə

Səhhəti pisləşən Tağı Əhmədov DTX-nın hospitalına yerləşdirlib