“Ermənilər Türkiyə ilə münasibətlərin normallaşmasından çox razıdırlar” –Mövlud Çavuşoğlu

“İlk görüşdə prosesin başlamasında məqsədləri və bu prosesdən gözləntiləri müzakirə olundu”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqları şərh edərkən deyib.

O qeyd edib ki, xüsusi nümayəndələr növbəti görüşdə uçuşların bərpa olunmasından başqa hansı addımların atıla biləcəyi sualı üzərində işləyəcəklər: “Məqsəd münasibətlərin tam normallaşmasıdır. Ermənilər də bundan çox razıdırlar. Tam normallaşmaya aparan prosesdə uçuşların başlanması və xüsusi nümayəndələrin təyin olunmasından başqa hansı addımların atıla biləcəyi öyrəniləcək”, – deyə nazir vurğulayıb.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağsu aşırımında və Şamaxı-İsmayıllı yolunda 10-a yaxın avtomobil qəzaya düşüb

Sonrakı məqalə

“20 Yanvarda sovet ordusunu Bakıya çağırmağım barədə deyilənlər yalandır”-