Ermənilərin Bərdəni atəşə tutması nəticəsində 5 evə ciddi ziyan dəyib –FHN

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün Ermənistan silahlı qüvvələrinin ağır artilleriya zərbələri nəticəsində Bərdə rayonunun Qarayusifli kəndində 5 fərdi yaşayış evinə ciddi ziyan dəyib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Düşmən tərəfinin atəşləri nəticəsində 13 nəfər mülki şəxs xəsarət alıb, 4 nəfər həlak olub.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qarmon ifaçısı, Əməkdar artist Etibar Qasımbəyli vəfat edib

Sonrakı məqalə

Fuad Muradov “Ukraina-24” TV-nin canlı efirində Ermənistanın atəşkəsi pozmasından danışdı