Qarmon ifaçısı, Əməkdar artist Etibar Qasımbəyli vəfat edib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının repetitoru, tanınmış qarmon ifaçısı, Əməkdar artist Etibar Qasımbəyli vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Etibar İsmayıl oğlu Qasımbəyli 23 sentyabr 1957-ci ildə Bakı şəhərində anadan olub.

Etibar Qasımbəyli 2010-cu ildən 2020-ci ilədək Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında repetitor vəzifəsində çalışıb.

2011-ci ildə Əməkdar artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bərdəyə hücum Ermənistan rəhbərliyinin həqiqi simasını göstərir –

Sonrakı məqalə

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində 5 evə ciddi ziyan dəyib –