“Ermənilərin məsciddə şeytan şəkli çəkilməsi qonaqları qəzəbləndirdi” –Aydın Səfixanov

“Bu gün işğaldan azad olunmuş ərazilərimizdə Füzulidə, Ağdamda İslam Əməkdaşlıq Təşkilatı müstəqil insan haqlarının missiyasının üzvləri faktaraşdırıcı monitorinq aparırlar. Bunlar 2 gün ərzində burda aparacaqları faktaraşdırıcı missiya çərçivəsində istər Füzulidə istərsə də Ağdamda törədilmiş vəhşilikləri öz gözləri ilə gördülər”.

Bu szöləri Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-nın üzvü Aydın Səfixanlı söyləyib.

O, APA-ya açıqlamasında bildirib ki, komissiyanın əsas missiyası azərbaycanlıların uyduğu qəbiristanlıqları monitorinq edəcəklər:

“Füzuli şəhərində Füzulinin Qaraxanbəyli və Merdinli kəndlərində oldular. Komissiyanın əsas missiyası məhz dini obyektlərin, qəbiristanlıqların monitorinqi aparılmasıdır. Orada beynəlxalq hüququn, beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarını yerində araşdırılmasıdır. Eyni zamanda fürsətdən istifadə edib işğaldan azad olunmuş yerlərdə Azərbaycan hökumətinin gördüyü işlərlə, məcburi köçkünlərin pozulmuş hüquq bacarıqlarının bərpasında aparılmış fəaliyyətlə də tanış oldular. İlk olaraq Qaraxanbəyli və Merdinli kəndlərində oldular. Orda məsciddə baş vermiş hadisələri öz gözləri ilə gördülər. Hətta qiblə tərəfdə ermənilər tərəfindən şeytanın şəkli çəkilməsi qəzəbləndirdi. Bütün islam aləminin təhqir olunması kimi qeyd olundu. Yekunda bu komissiyanın üzvləri tərəfində hesabat hazırlanacaq. Hesabatda bunların aşkar etdikləri bütün hüquq pozuntuları qeyd olunacaq. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinə müraciət olunacaq. Bu müraciətdə əsasən quruculuq işləri, minadan təmizlənmə işlərinə köməyin göstərilməsi ilə bağlıdır. Bu komissiyanın artıq Azərbaycana ikinci səfəridir. İlk səfərləri 2 il bundan qabaq olub. Dağıdılmış Füzuli şəhəri ilə yanaşı yaradılmış bu möhtəşəm şəraiti görürlər”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.