“Ermənistan-ABŞ təlimləri Rusiyanın qovulmasıdır”- ZATULİN

“Ermənistan və ABŞ-ın birgə hərbi təlimləri Rusiyadan məqsədli şəkildə uzaqlaşma siyasətinin davamıdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

Zatulin Ermənistan Baş naziri Nikol Paşinyanla müsahibəni xatırladıb və onun orada Rusiyanın asılılığından qurtulmağın və digər dövlətlərlə münasibətlərdə dəstək axtarmağın vacibliyindən danışdığını bildirib.

Zatulinin sözlərinə görə, bu kontekstdə Ermənistan Müdafiə Nazirliyinin təlimlərlə bağlı bəyanatı təəccüblü deyil: “Paşinyan müsahibədə tam açıq danışıb. Bütün bunların fonunda Ermənistan Müdafiə Nazirliyinin bəyanatı qeyri-adi bir şey deyil. Bu, Rusiyadan tədricən uzaqlaşmaq planının sadəcə elementidir. Əslində isə Rusiyanın Ermənistandan və bir xalq olaraq ermənilərin şüurundan qovulmasıdır”.

Deputat onu qeyd edib ki, NATO-nun Genişlənmə üzrə Avropa Komitəsinin sədri Günter Fehlingerin Ermənistanı Alyansa qoşulmağa çağırması Paşinyanın müsahibəsindən dərhal sonra ortaya çıxıb. Zatulin xatırladıb ki, Ermənistan KTMT təlimlərində iştirakdan imtina edib və bundan əvvəl rəsmi səviyyədə bu struktura etimadsızlıq ifadə olunub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.