“Ermənistan Aİ-yə namizəd statusu almağa hazırdır”- Simonyan

Ermənistan özünün maksimum təhlükəsizliyini təmin etməkdə etməkdə maraqlıdır.

Azpost.info xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Alen Simonyan bildirib.

Onun sözlərinə görə, İrəvan Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə və Aİ-yə namizəd statusu almağa hazırdır.

Simonyan qeyd edib ki, Ermənistanın NATO-ya üzv olması barədə heç bir siyasi səviyyədə söhbət getmir.

Spiker onu da əlavə edib ki, İrəvanın bir hissəsi olduğu mövcud təhlükəsizlik sistemi işləmir. Eyni zamanda Simonyan vurğulayıb ki, Rusiya hərbi bazasının çıxarılmasından söhbət gedə bilməz.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.