Ermənistan Azərbaycanı Qafana sınaq reysi barədə xəbərdar edib

Ermənistan Azərbaycanı İrəvan-Qafan sınaq reysi barədə xəbərdar edib

Bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Aprelin 26-da saat 10:58-də İrəvanın Zvartnots hava limanından gələn təyyarə Qafanın Sünik hava limanına enib. Uçuş üçün kiçik tutumlu (19 sərnişin üçün) Çexiya istehsalı olan L-410-UVP E20 təyyarəsi seçilib.

“Müəyyən edilmiş qaydada aprelin 25-də həyata keçirilən reys barədə məlumat stasionar teleqraf rabitəsindən istifadə etməklə Azərbaycanın hava hərəkəti xidmətinə ötürülüb”, – məlumatda deyilir.

Mülki Aviasiya Komitəsi təyyarənin qalxma və eniş zamanı Azərbaycanın nəzarət etdiyi ərazini keçib-keçməməsi ilə bağlı suala mənfi cavab verib.

Komitə qeyd edib ki, istənilən sınaq uçuşunun məqsədi texniki və digər problemlərin müəyyən edilməsi və aradan qaldırılmasıdır.

Əvvəlki məqalə

Ceyhun Bayramov və Ararat Mirzoyan sülh sazişi layihəsini müzakirə edir

Sonrakı məqalə

“Hadisələri qabaqlamayaq” –