“Ermənistan Azərbaycanın endirdiyi zərbələrdən sarsılıb” –“Le Monde” əməkdaşı İrəvandakı vəziyyətdən yazıb

Dağlıq Qarabağda atəşkəs ilk növbədə Ermənistan tərəfindən istənilib. Ermənistan ordusu Azərbaycanın son günlər endirdiyi zərbələrdən sarsılıb.

Azpost.info bildirir ki, bu sözləri Fransanın “Le Monde” qəzetinin əməkdaşı İzabel Mandro hazırladığı reportajda qeyd edib.

Repartyor Yerevandakı vəziyyəti müşahidə edib və bildirib ki, Dağlıq Qarabağdan çoxsaylı yaralı əsgərlər paytaxta daşınır: “Döyüşdə yaralanmış 20 yaşlı gənclər kütləvi şəkildə Yerevanın ən böyük xəstəxanası olan “Erebuni”yə gətirlir. Cərrah Mikayel Manukyan deyir ki, yaralıların bir çox amputasiya edilib”.

Jurnalist hər iki reanimasiya şöbəsinin dolu olduğunu qeyd edib. Xəstəxanadakı bütün çarpayılar tutulub.

“Valideynlər kədərli sifətlə dəhlizlərdə durur. Bəziləri övladları haqqında heç bir xəbər tuta bilmir”.

“Le Monde” yazır ki, hərbi əməliyyat nəticəsində Qarabağ bölgəsi boşalıb: Əhalinin 60 faizi Ermənistana qaçıb.

Jurnalist vurğulayır ki, Azərbaycan ordusu Ermənistanı Dağlıq Qarabağla bağlayan yeganı yol Laçın koridorundan bir neçə kilometr məsafədədirlər.

“1997-ci ildə açılmış digər yol isə döyüşlərə görə əlçatmaz olub. Əgər bu dəhliz itirilsə Dağlıq Qarabağ Yerevan tərəfindən göndərilən hərbi köməkdən mərhum olacaq”-deyə jurnalist bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ İranın Neft naziri Zəncənəni və nazirliyi sanksiya siyahısına salıb

Sonrakı məqalə

Vəng kəndi bundan sonra Çinarlı adlandırılacaq –