Vəng kəndi bundan sonra Çinarlı adlandırılacaq –Qanun qəbul edildi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndi bundan sonra Çinarlı adlandırılacaq.

Milli Məclisin oktyabrın 27-də keçirilən iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı adlandırılması təklif olunub.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

**

Milli Məclisdə Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında”  qanun layihəsi müzakirə edilir.

Qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistan Azərbaycanın endirdiyi zərbələrdən sarsılıb” –

Sonrakı məqalə

Koronavirusun bölgələr üzrə yoluxma göstəriciləri açıqlandı –