“Ermənistan dövlət böhranı ilə üzləşib və iflas təhlükəsi altındadır” –Daşnaksütyunun nümayəndəsi

“Biz təkcə siyasi deyil, həm də dərin dövlət böhranı ilə üzləşmişik və iflasa uğramış dövlət təhlükəsi qarşısında dayanmışıq”.

Bu barədə Daşnaksütyun EİF ali orqanının nümayəndəsi Artur Xaçatryan Aysor.am nəşrinə müsahibəsində bildirib

“Biz müharibədə, döyüş əməliyyatları zamanı məğlubiyyətə uğradıq və bu, əhəmiyyətli bir uğursuzluqdur. Bizdə minlərlə həlak olmuş var və hakimiyyət müharibənin dayandırılmasından bir ay sonra belə qurbanların sayını gizlətməyə nə qədər çalışsa da, hansısa anlaşılmaz, məntiqsiz rəqəmlər elan etsə də hamı başa düşür ki, bu rəqəmlər daha çoxdur, bir neçə dəfə çoxdur”,- o deyib.

Xaçatryan onu da deyib ki, Qarabağda yerləşən  qoşunların taleyi və regionun gələcək statusu aydın deyil.

“Cəmiyyətimiz korlanıb. Mütləq nihilizm baş qaldırır, hamı bir-birinə qarşıdır. Çoxları deyir ki, hava istiləşən kimi, koronavirus epidemiyası başa çatan kimi ölkədən gedəcəklər. Cəmiyyət daxilində böhran apoqeyə çatıb”, – deyə o qeyd edib.

İqtisadi sahədə də ciddi problemlər var-  inflyasiya artır, iqtisadi fəallıq göstəricisi aşağı düşüb.

Hökumət sərmayədarların inamsızlığına görə vəsait cəlb edə və istiqrazlar yerləşdirə bilməz. “Hökumət hətta altı ay müddətinə 500 mln. dram yerləşdirə bilməz. “Hayastan” Ümumerməni Fondundan büdcəyə pul köçürməyə məcburdurlar”, – Artur Xaçatryan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanla Türkiyə arasında yeni qaz xətti tikilir –

Sonrakı məqalə

Milli Məclisin iclası başlayıb