Azərbaycanla Türkiyə arasında yeni qaz xətti tikilir –Bu gün memorandum imzalanacaq

Bu gün “Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu” imzalanacaq.

Energetika Nazirliyindən verilən məlumata görə, Memorandum Türkiyə-Naxçıvan qaz xəttinin tikintisi məsələsini əhatə edir.

Qeyd edək ki, Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkəti hələ yayda  İqdır-Naxçıvan qaz kəmərinin tikintisi çərçivəsində tədqiqat və mühəndislik işlərini aparacaq şirkətin seçimi üzrə tender elan edib. Məlumata əsasən, tender diametri 12 düym, uzunluğu isə təxminən 82 km olacaq qaz kəməri üzrə ərazi-tədqiqat, xəritə və müfəssəl mühəndislik işlərini əhatə edir. İşlər 270 gün ərzində həyata keçirilməlidir.

Xatırladaq ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən gün yaşayış yerini tərk edən 51 koronavirus xəstəsi saxlanılıb –

Sonrakı məqalə

“Ermənistan dövlət böhranı ilə üzləşib və iflas təhlükəsi altındadır” –