Ermənistan döyüşlərdə məhv edilmiş 59 hərbçisinin adını açıqladı

Ermənistan döyüşlərdə verdiyi itkilərini açıqlamağa davam edir.

Ermənistan rəsmi qurumları indiyədək artıq 60-dək itki verdiklərini açıqlayıb.

Sentyabrın 28-də gedən döyüşlərdə Azərbaycan Ordusu tərəfindən 28 erməni hərbçi məhv edilib.

Buna qədər erməni tərəfi döyüşlərdə 31 hərbçisinin öldürüldüyünü açıqlamışdı.

Bununla da, erməni tərəfinin rəsmi olaraq açıqladığı ölü sayı 59-a çatıb.

Məhv edilən erməni hərbçilərin adlı siyahısı da dərc olunub. 

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovanisyan 200 hərbçinin isə yaralandığını bildirib. (APA)

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi döyüşlərdə erməni tərəfinin ölü və yaralı olmaqla 550 itki verdiyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bir an belə tərəddüd etmədən Azərbaycanın yanında olmağa davam edəcəyik” –

Sonrakı məqalə

Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib –