“Bir an belə tərəddüd etmədən Azərbaycanın yanında olmağa davam edəcəyik” –Türkiyə Böyük Millət Məclisinin sədri

“Bütün dünya, xüsusən də Ermənistanın dövlət terroruna ortaq olanlar bilməlidir ki, Azərbaycan Türkiyə üçün dost bir ölkə, sadəcə yaxın coğrafiya deyil. Eyni zamanda könül coğrafiyasıdır, tale coğrafiyasıdır”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib.

“Türkiyə hər zaman maddi, mənəvi bütün gücü ilə Azərbaycanın yanındadır və bir an belə tərəddüd etmədən hər zaman yanında olmağa davam edəcəkdir”, – deyə Türkiyə parlamentinin sədri qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son iki gündə 39 şagird koronavirusa yoluxub

Sonrakı məqalə

Ermənistan döyüşlərdə məhv edilmiş 59 hərbçisinin adını açıqladı