“Ermənistan inad etməklə ordusunu daha da mühasirəyə salacaq” –Maykl Kofmandan təhlil

“Müharibə hələ bitməyib, ancaq Ermənistanın Azərbaycanı geri oturda bilməyəcəyi aydındır”.

Azpost.info bildirir ki, bu sözləri “Eurasianet.org” portalında Maykl Kofman Dağlıq Qarabağda davam edən hərbi əməliyyatları şərh edərkən yazıb.

Müəllif dörd həftə ərzində Ermənistanın Dağlıq Qarabağda hərbi fəlakətlə üzləşdiyini qeyd edir. Azərbaycan dronları və artilleriyası qarşı tərəfin qüvvələrini azaldır, geri çəkilməyə məcbur edir. Effektiv əks-hücum əməliyyatı apara, itkilərinin yerini doldura bilməyən Ermənistan əhəmiyyətli əraziləri əldən verir.

Azərbaycanın ilkin əməliyyatları ciddi nəticə verməsə də, son iki həftə ərzində Xankəndindən cənubda və İran sərhədi boyunca əhəmiyyətli əraziləri geri ala biliblər. İndi Ermənistan qüvvələri Dağlıq Qarabağı Ermənistana birləşdirən Laçın dəhlizindən tamamilə çıxarılmaq təhdidi ilə üzləşiblər, burası artıq Azərbaycan artilleriyasının əhatə dairəsindədir. Azərbaycanın bir neçə günə bu vacib təchizat xəttini ələ keçirəcəyi, yaxud azından orada maneələr yaradacağı mümkündür. Bu yazı hazırlanarkən Ermənistan qüvvələri döyüş zonasında sabitlik yaratmağa, Azərbaycanın Laçına doğru irəliləməsinin qarşısını almağa çalışırlar. Əməliyyatlar qızışdıqca döyüş xətti də tez-tez dəyişir”, – məqalədə deyilir.

Müəllif qeyd edir ki, artıq Ermənistan Azərbaycanın əldə etdiyi hərbi uğurların əksinə heç nə edə bilməyəcək, inad etməklə qüvvələrini daha da mühasirəyə salacaq. Bakı artıq döyüş perfomansına söykənərək əhəmiyyətli siyasi qələbə qazandığını deyə bilər, amma irəliləməyi dayandırmaq niyyətində də deyil.

Yazıda Azərbaycanın silahlı dronlardan bu dəfə effektiv istifadə etməsindən, Ermənistan qüvvələrinin buna hazır olmamasından söz açılır.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan son bir ayda 150 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu atəşkəsdə Rusiya maraqlı deyil” –

Sonrakı məqalə

Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib