Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru qətlə yetirilib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Georgi Kutoyan qətlə yetirilib.

APA-nın “armenpress”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Harutunyan bildirib.

G.Kutoyanın güllə yaraları olan meyiti Yerevanda yerləşən mənzildə tapılıb.

Ermənistan İstintaq Komitəsinin rəis müavini Artur Melikyan və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 

Qeyd edək ki, G. Kutoyan 2016-2018-ci illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Elə namizədlər var deyir ki, “atamdan qalan əmlak yadımdan çıxıb”

Sonrakı məqalə

Müavinət almayan məcburi köçkünlərin aqibəti necə olacaq?