“Elə namizədlər var deyir ki, “atamdan qalan əmlak yadımdan çıxıb”- Məzahir Pənahov

“Bəzi namizədlər əmlakları ilə bağlı gülünc fikirlər səsləndirirlər. Elə namizədlər var deyir ki, “atamdan qalan əmlak yadımdan çıxıb”. Buna nə cür inanmaq olar?”.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, əmlakları haqqında düzgün məlumat göstərməyən namizədlər buna tutarlı bir səbəb də gətirmirlər: “Adi bir səhfə görə onların namizədlikləri qeydə alınmır. Burdan belə bir məntiqi nəticə çıxır ki, bu adamlar namizədliklərinin qeydə alınmaması üçün belə edirlər. Bunların qeydə alınmamaqda məqsədləri nədir bilmirəm”.

M.Pənahov bir daha namizədlərə əmlakları haqqında düzgün məlumat göstərmələri barədə tövsiyə verib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək”

Sonrakı məqalə

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru qətlə yetirilib