Ermənistan MTX 1 ton kokaini ölkəyə gətirən narkotik şəbəkəsinin izinə düşüb

Ermənistan Milli Təhlükəsizlik Xidməti  1 ton kokainin müsadirə edilməsindən sonra böyük narkotik şəbəkəsinin izinə düşüb.

Azpost.info bildirir ki, bu barədə “Joğovurd” qəzeti  məlumat yayıb.

Nəşr bildirir ki, hüquq-mühafizə orqanları narkotikin ölkəyə çatdırılmasının nufuzulu “avtoritetlər” yaxud yüksək rütbəli məmurlar tərəfindən himayə etməsindən şübhələnirlər. Sislislə həbslər gözlənilir.

Qeyd edək ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatına görə, Ermənistanda 1 ton kokain müsadirə olunub. Qeyd olunub ki, müsadirə olunan narkotik vasitənin ümumi dəyəri təxminən 250 milyon avro təşkil edir. Məlumata əsasən müsadirə olunan kokain ölkəyə Ekvadordan meyvə idxal edən şirkət tərəfindən gətirilib. Onların böyük hissəsi İtaliya və Gürcüstandan tranzitlə Ermənistana gəlib.

Bundan öncə İtaliya KİV-ləri yerli limanlardan birində 78 tonluq banan yükündə gizlədilmiş 2.7 ton kokainin müsadirə olunması barədə məlumat vermişdilər ki, bu da yük qaimələrinə əsasən Gürcüstan vasitəsilə Ekvadordan Ermənistana göndərilib. Həmin partiyanın ümumi dəyəri 800 milyon avro olaraq qiymətləndirilib.

Əvvəlki məqalə

Ölkəmizə elektrik avtomobillərinin idxalı 6 dəfə artıb

Sonrakı məqalə

Krımda dəmir yolu partladılıb