Ermənistan Müdafiə Nazirliyinin sabiq sözçüsü Arsurun Ovannisyan ABŞ-a qaçdı

Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Arsurun Ovannisyan ABŞ-a qaçıb.

“Report” xəbər verir ki, bu barədə hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün tvitterdəki səhifəsində bildirib.

“Bir gün əvvəl (fevralın 21-də) Los-Anceles reysinin sərnişinləri (Ermənistan-red) Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Ovannisyanı gördülər. O, bacısı ilə Qətər reysilə uçurdu.

Təyyarədə xeyli adam vardı. Hamı ona qışqırırdı. Amma o məhəl qoymurdu” – şahid dedi”, – İqor Korotçenko vurğulayıb.

Qeyd edək ki, Arsurun Ovannisyan ikinci Qarabağ müharibəsi dövründə Ermənistan vətəndaşlarına cəbhədəki döyüşlər barədə yalan məlumatlar verməsi ilə yadda qalıb. O, işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarını tərk etməsini “takitiki geri çəkilmə” adlandırırdı.

Lakin sonradan Ovannisyanın yalanları üzə çıxdı. O, müharibədəki məğlubiyyətdən sonra vəzifəsindən istefa verdi. Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü sonra iddia etdi ki, naməlum şəxslər ona hücum edib. Nazirliyin sabiq rəsmisi hədələndiyini və izləndiyini də bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DYP hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib

Sonrakı məqalə

Gürcüstanda əsas müxalifət partiyasının lideri həbs edilib –