Ermənistan ordusunun Baş Qərargah rəisi postuna namizədlərin adı açıqlanıb

Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin olunacaq namizədlərin adı açıqlanıb.

Azpost.info faktor.am-a istinadən bildirir ki, hazırda iki nəfərin namizədliyinə baxılır. Bunlardan biri Baş Qərargah rəisinin müavini Andranik Makaryan, digəri Müdafiə Naziriyinin hərbi nəzarət xidmətinin rəisi Calal Arutyunyandır.

Qeyd edək ki, Andranik Makaryan baş nazir Paşinyanın istefa tələbi ilə bağlı müraciətə qol çəkməkdən imtina edib.

Xatırladaq ki, Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə Ermənistan prezidenti Sərksiyana müraciət göndərib.

Sərksiyan bu gün Paşinyanın fərmanını imzalamayıb və geri qaytarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistan hərbçilərinin Azərbaycan ərazilərinə göndərilməsi birgə Bəyanatın kobud pozulmasıdır” –

Sonrakı məqalə

Paşinyan Baş Qərargah rəisinin istefa fərmanını yenidən prezidentə göndərdi: