Paşinyan Baş Qərargah rəisinin istefa fərmanını yenidən prezidentə göndərdi:"İmzalanmasını gözləyirəm..."

Ermənistanın Baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı fərman layihəsini yenidən prezident Armen Sarkisyana göndərib.

Azpost.info bildirir ki, Paşinyan bunu sosial şəbəkədə canlı yayım zamanı bəyan edib.

“Prezident Baş nazirin fərman layihəsini geri qaytarmaq qərarı verib. Bu qərar yaranmış vəziyyətin həllinə xidmət etmir. Mən bu layihəni yenidən Prezidentə geri göndərirəm və fərmanın müəyyən olunmuş qaydada imzalanacağını gözləyirəm”-deyə Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə qərarı Baş nazirə qaytarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan ordusunun Baş Qərargah rəisi postuna namizədlərin adı açıqlanıb

Sonrakı məqalə

“Barselona” səfərdə “Sevilya” üzərində vacib qələbə qazanıb –